Almaniya, Fransa və Böyük Britaniyadan İrana XƏBƏRDARLIQ
Yeniliklərdən dərhal xəbərdar olun
Almaniya, Fransa və Böyük Britaniya liderləri İranın Yaxın Şərqdəki hücumlarını davam etdirəcəyi halda hərbi cavab variantını istisna etmədiklərini açıqlayıblar.
BAKU.WS xəbər verir ki, Almaniya hökumətinin yaydığı birgə bəyanatda qeyd olunub ki, "Avropa üçlüyü" regiondakı maraqlarını və müttəfiqlərinin təhlükəsizliyini qorumaq üçün bütün zəruri addımları atmağa hazırdır.
Sənəddə İranın raket və pilotsuz aparat hücumlarının davam edəcəyi təqdirdə, bu imkanların mənbəyində zərərsizləşdirilməsinə yönəlmiş "mütənasib müdafiə tədbirləri"nin mümkünlüyü vurğulanıb.
Liderlər həmçinin bu istiqamətdə ABŞ və regiondakı tərəfdaşlarla koordinasiyalı fəaliyyət barədə razılıq əldə etdiklərini bildiriblər.
Bəyanatda İranın bölgədə, o cümlədən ilkin hərbi əməliyyatlarda iştirak etməyən ərazilərə endirdiyi raket zərbələrinin ciddi narahatlıq və təəccüb doğurduğu qeyd edilib.
Oxşar xəbərlər
ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib
ABŞ Konqo Demokratik Respublikasının (KDR) şərqində fəaliyyət göstərən M23 silahlı qruplaşmasına dəstək verdiyinə görə Ruanda Müdafiə Nazirliyi və bir maliyyə t...