Alman turist antik Roma əsərini elektrikli skuterlə qaçırdı

İtaliyanın paytaxtı Romada 24 yaşlı alman turist kirayə götürdüyü elektrikli skuterlə antik Roma dövrünə aid əsəri aparmağa çalışarkən polis tərəfindən saxlanılıb. Hadisə çərşənbə günü axşam saatlarında ABŞ səfirliyinin yaxınlığında yerləşən tarixi Via Veneto küçəsində baş verib.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, Roma polisi, turistin skuterdə təxminən 30 kiloqramlıq mərmər sütun altlığı daşıdığını görərək onu izləməyə başlayıb. Qısa müddət sonra saxlanılan turist mərmər əsəri "xatirə üçün" götürdüyünü deyib. Əsərin kim tərəfindən verildiyi və ya alınıb-alınmadığı isə bəlli deyil.
Roma Arxeologiya İdarəsi bildirib ki, həmin mərmər parça tarixi əhəmiyyətə malik antik Roma əsəridir. Əsərin haradan götürüldüyünü müəyyənləşdirmək üçün araşdırmalar aparılır.
Hazırda turistə rəsmi ittiham irəli sürülməyib. Lakin onun barəsində "oğurlanmış mədəni irs əşyasına sahib olmaq" maddəsi ilə istintaq başladılıb.
Oxşar xəbərlər
Ərdoğan: Rusiya-Ukrayna müharibəsinin başa çatması üçün yaranan fürsət dəyərləndirilməlidir
Rusiya-Ukrayna müharibəsinin başa çatması üçün yaranan fürsət dəyərləndirilməlidir. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Ta...
