Alimlərdən sensasion kəşf: qədim okeanlarda nəhəng osminoqlar olub
Alimlər tarixöncəsi dövrlərdə nəhəng osminoqların mövcud olduğunu açıqlayıb. Araşdırma Science jurnalında dərc olunub.
BAKU.WS xəbər verir ki, Hokkaido Universiteti rəhbərliyində aparılan tədqiqat göstərir ki, "Nanaimoteuthis" növünə aid bu canlıların uzunluğu 6,6 metrdən 18,6 metrə qədər olub. Onlar Kretase dövrü okeanlarında aktiv yırtıcı olublar.
Alimlərin fikrincə, bu osminoqlar təkcə iri deyil, həm də yüksək zəka səviyyəsinə malik olub. Fosillərdə aşkar edilən çənə izləri onların sərt qabıqlı və sümük strukturlu ovları parçaladığını göstərir.
Tədqiqat nəticələri göstərir ki, bu növlər Mosasaurus kimi iri dəniz yırtıcıları ilə eyni səviyyədə rəqabət aparıb.
Kəşf, qədim okeanlarda yalnız sürünənlərin deyil, onurğasız canlıların da qida zəncirinin zirvəsində yer aldığını ortaya qoyur.
Oxşar xəbərlər
Əraqçi: ABŞ heç bir məqsədinə nail olmayıb
İran dünyanın ən böyük supergücünə müqavimət göstərir və ABŞ məqsədlərinin heç birinə nail olmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu İranın xari...