Alimlər Yer kürəsinin daxili nüvəsində qeyri-adi vəziyyət aşkar ediblər
Alimlər Yer kürəsinin daxili nüvəsinin maddə baxımından xüsusi fiziki xüsusiyyətlərə malik olduğunu eksperimental şəkildə təsdiqləyiblər.
BAKU.WS Lenta.ru-ya istinadən xəbər verir ki, araşdırma göstərib ki, son dərəcə yüksək temperatur və təzyiq şəraitində dəmir bərk kristal quruluşunu saxlayır, lakin onun tərkibindəki yüngül elementlər hərəkətli qalır. Tədqiqatın nəticələri National Science Review (NSR) jurnalında dərc olunub.
Mütəxəssislərin fikrincə, bu xüsusiyyətlər Yer nüvəsində uzun müddətdir müşahidə edilən bir faktı – eninə seysmik dalğaların aşağı sürətlə yayılmasını izah edir. Zəlzələlərin təhlili zamanı qeydə alınan bu hal indiyədək nüvənin tam bərk olması ilə bağlı klassik modellə uyğunluq təşkil etmirdi.
Hipotezi yoxlamaq üçün alimlər laboratoriya şəraitində dəmir və karbon ərintisini yüksək sürətli zərbə qurğuları ilə sıxaraq Yer dərinliklərinə yaxın təzyiq və temperatur yaradıb. Ölçmələr göstərib ki, material kristal karkasını qorusa da, adi bərk dəmirlə müqayisədə daha az sərt olur.
Tədqiqatın nəticələri Yer kürəsinin daxili quruluşu ilə bağlı mövcud elmi təsəvvürləri dəqiqləşdirir və planetin maqnit sahəsinin formalaşması və dəyişməsi proseslərini daha yaxşı anlamağa imkan verə bilər.
Oxşar xəbərlər
Meksikada sərnişin qatarı relsdən çıxdı: azı 13 nəfər ölüb, onlarla yaralı var
Meksikanın cənubunda yerləşən Oaxaka ştatında sərnişin qatarının relsdən çıxması nəticəsində ağır qəza baş verib. Hadisə zamanı azı 13 nəfər həyatını itirib, 98...