Alimlər 100 milyon il ərzində cəmi 1 saniyə yanlışlıqla işləyən atom saatı hazırlayıblar
ABŞ-nin Milli Standartlar və Texnologiya İnstitutu (NIST) tərəfindən hazırlanmış yeni nəsil NIST-F4 atom saatı zaman ölçümündə indiyədək qeydə alınmış ən yüksək dəqiqliyi nümayiş etdirir. Cihaz sezyum atomlarının təbii titrəyişlərinə əsaslanır və 100 milyon il ərzində cəmi 1 səhvliklə sapma ilə işləyir.
BAKU.WS trt haber-ə istinadən xəbər verir ki, NIST-F4 Kolorado ştatındakı laboratoriyada yaradılıb və Beynəlxalq Çəki və Ölçülər Bürosuna əsas tezlik standartı kimi təqdim olunub. Bu saat internet, GPS və maliyyə sistemləri kimi sahələrdə zamanın dəqiq tənzimlənməsi üçün mühüm əhəmiyyət daşıyır.
NIST-F4 hazırda NIST-F3 ilə paralel işləyir və ABŞ-nin rəsmi zaman standartı olan UTC(NIST) ilə yanaşı, beynəlxalq UTC sisteminə də dəstək verəcək. Alimlər bildirirlər ki, bu layihə ABŞ-nin zaman və tezlik texnologiyalarında qlobal liderliyini bir daha təsdiqləyib.
Oxşar xəbərlər
Sakit Okean sahillərində 7.2 ballıq zəlzələ - Sunami təhlükəsi elan olunub
Sakit okeanda, Vanuatu sahillərində 7,2 maqnitudalı zəlzələ qeydə alınıb. BAKU.WS xəbər verir ki, ABŞ Geoloji Xidmətinin (USGS) məlumatına görə, yeraltı təkanla...