"Albayrak" "Orta Dəhliz"in buraxılış gücünü artırmaq istəyir
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin "Albayrak" şirkətlər qrupu Bakı və Trabzon dəniz limanları vasitəsilə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun ("Orta Dəhliz") buraxılış gücünü artırmaq niyyətindədir.
"Report" xəbər verir ki, bunu holdinqin biznesin inkişafı üzrə direktoru Cumhur Güzəlçiftçi Bakıda "Qara dəniz və Xəzər dənizlərində beynəlxalq nəqliyyat dəhlizləri" mövzusunda keçirilən "Qara dəniz-Xəzər Logistika Forumu 2024" tədbirində bildirib.
Onun sözlərinə görə, bu ilin yanvar-avqust aylarında iki liman arasında 180 min ton daşınıb: "Biz yük axınını artırmaq istəyirik. Trabzon limanını aktivləşdirəcəyik.
Bu istiqamətdə investisiyalarımız davam edəcək. Orta Dəhlizi daha cəlbedici görmək istəyirik".
Oxşar xəbərlər
Bavariyanın iqtisadiyyat naziri Berlində hotel otağında ölü tapıldı
Almaniyanın Bavariya federal torpağının baş nazirinin müavini və iqtisadiyyat naziri Hubert Ayvanqerin Berlində hotel otağında meyiti aşkarlanıb. BAKU.WS xəbər...