Albaniya parlamenti ABŞ-dan 300 milyon dollardan çox məbləğdə müdafiə krediti alınmasını təsdiqləyib
Yeniliklərdən dərhal xəbərdar olun
Albaniya parlamenti hərbi satınalmaların maliyyələşdirilməsi üçün ABŞ-dan 302 milyon dollar məbləğində kredit alınmasını təsdiqləyib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Bloomberg agentliyi xəbər yayıb.
Ölkənin Müdafiə Nazirliyi bildirilib ki, kredit Albaniyanın hava, quru və dəniz qüvvələri üçün satınalmaların, eləcə də kibermüdafiənin, idarəetmə sistemlərinin və hərbi infrastrukturun maliyyələşdirilməsinə yönəldiləcək.
Albaniyanın müxalifət siyasətçiləri hərbi sahəyə investisiyaları dəstəklədiklərini bildiriblər, lakin razılaşmanın öyrənilməsi üçün onlara çox az vaxt verilməsinə etiraz ediblər.
Onların sözlərinə görə, sənədin bəzi hissələri məxfi olub və həmin bölmələrə çıxış əldə etmək üçün deputatlar xüsusi məxfilik öhdəliyi sənədlərini imzalamalı olublar.
Oxşar xəbərlər
ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib
ABŞ Konqo Demokratik Respublikasının (KDR) şərqində fəaliyyət göstərən M23 silahlı qruplaşmasına dəstək verdiyinə görə Ruanda Müdafiə Nazirliyi və bir maliyyə t...