"Al-Jazeera": ABŞ Hörmüz blokadasının pozulmasına necə reaksiya göstərəcəyinə qərar verməyib
ABŞ İranın dəniz blokadasını tətbiq etməyə və onu dəstəkləməyə hazırdır, lakin hələlik mümkün pozuntulara reaksiya qaydalarını müəyyən etməyib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə "Al-Jazeera" telekanalı ABŞ administrasiyasındakı nümayəndəyə istinadən məlumat yayıb.
Rəsminin sözlərinə görə, Vaşinqtonun blokadanı təmin etmək üçün kifayət qədər qüvvə və vasitəsi var və o, ABŞ Prezidenti Donald Trampın qərarlarına uyğun olaraq nə qədər tələb olunarsa, bir o qədər davam edəcək.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə aviazərbələr endirib. Həmin gün zərbələr nəticəsində İranın ali rəhbəri Əli Xamenei öldürülüb. Buna cavab olaraq İran İsrail ərazisinə raket zərbələri endirib və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib.
İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəliblər.
Aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar keçirilib.
Qeyd edək ki, Tramp ötən gün ABŞ hərbçilərinin bazar ertəsi, aprelin 13-də ABŞ-nin şərq vaxtı ilə saat 10:00-da (Bakı vaxtı ilə 18:00-da) Hörmüz boğazını bloklamağa başlamağı planlaşdırdığını bildirib.
Oxşar xəbərlər
İran silahlı qüvvələri maksimum döyüş hazırlığı vəziyyətinə gətirilib
İran ABŞ ilə münasibətlərin kəskin şəkildə pisləşməsi fonunda silahlı qüvvələrinin maksimum döyüş hazırlığı vəziyyətində olduğunu bəyan edib. BAKU.WS Oxu.Az-a i...