Akrotiri bazasına hücum edən dron İrandan qalxmayıb - Böyük Britaniya
Yeniliklərdən dərhal xəbərdar olun
Böyük Britaniyanın Müdafiə Nazirliyi martın 2-də Cənubi Kipr Rum Administrasiyasında yerləşən Kral Hərbi Hava Qüvvələrinin (RAF) Akrotiri bazasına edilən dron hücumu ilə bağlı açıqlama yayıb.
BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, bazanı hədəf alan "Şahid" tipli pilotsuz uçuş aparatı İrandan havaya qalxmayıb.
Açıqlamada qeyd olunub ki, Böyük Britaniya Yaxın Şərqdə öz maraqlarını və müttəfiqlərini qorumaq məqsədilə bölgədə "F-35B" və "Typhoon" qırıcılarının gecə uçuşlarını davam etdirir. Son 24 saat ərzində isə həm Britaniyaya məxsus, həm də müttəfiq ölkələrin bazalarında müdafiə sistemləri gücləndirilib.
Bildirilib ki, dronlara qarşı mübarizə imkanlarına malik "Wildcat" helikopterləri də Kiprə göndərilir.
Oxşar xəbərlər
ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib
ABŞ Konqo Demokratik Respublikasının (KDR) şərqində fəaliyyət göstərən M23 silahlı qruplaşmasına dəstək verdiyinə görə Ruanda Müdafiə Nazirliyi və bir maliyyə t...