Ailədə hər uşağın atası ayrı-ayrı kişilər olan ada
"Oralarda necədir?" rubrikasının yeni buraxılışı yayımlanıb.
Bu dəfə Bakıdan 5043 kilometr uzaqlıqda yerləşən, kiçik mərcan adaları ilə məşhur olan Seyşel adalarından bəhs olunub.
1502-ci ildə Vasko da Qama buranı kəşf etdikdən sonra Seyşellər dəniz quldurlarının məskəninə çevrilir. Amma ərəb dənizçiləri 9-10-cu əsrlərdən buralara səyahət ediblər.
Seyşellər həmçinin nəhəng tısbağaların və çəkisi 20 kiloqrama çatan palma meyvələrinin vətənidir.
Hazırda Seyşellərdə 120 min əhali yaşayır. Burada dünyaya övlad gətirərkən heç bir ödəniş tələb olunmur, həmçinin 16 yaşında dünyaya uşaq gətirmək də normal hesab olunur.
Onu da qeyd edək ki, Seyşel adalarında nikah olmadan da ana olmaq problem hesab olunmur. Bu adada çoxuşaqlı analara tez-tez rast gəlmək mümkündür və çox vaxt uşaqların ataları ayrı-ayrı adamlar olur.
Rahatlıqla demək olar ki, adada matriarxat hökm sürür.
Rəvayət gəzir ki, orta əsrlərdən adaya gələn gəmilərdəki matroslar müvəqqəti olaraq burada məskunlaşıblar. Bu vaxt ərzində isə tanış olduqları qadınlarla ailə qurublar və sonra yenidən dənizə qayıdıblar. Məhz buna görə də ailənin bütün məsuliyyəti Seyşel qadınlarının üzərinə düşüb və bu günə qədər də belədir.
Ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
Həftəsonu ilə bağlı Moskva sakinlərinə XƏBƏRDARLIQ
Dekabrın 14-ü və 15-i Moskvada havanın temperaturu mənfi 15 dərəcəyə enəcək. BAKU.WS xəbər verir ki, bunu Rusiyanın METEO proqnoz mərkəzinin rəhbəri Aleksandr Ş...