Aİ səfirləri Yunanıstanı Rusiyaya qarşı 21-ci sanksiyalar paketini dəstəkləməyə razı salmağa çalışırlar
Yeniliklərdən dərhal xəbərdar olun
Avropa İttifaqı (Aİ) ölkələrinin səfirləri Rusiyanın maliyyə sektoruna təzyiqi artırmağa yönəlmiş 21-ci sanksiyalar paketini razılaşdırmaq üçün Yunanıstanla kompromis əldə etməyə çalışıblar.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Avropa diplomatlarına istinadən "Reuters" məlumat yayıb.
Onların sözlərinə görə, yeni paket təxminən Rusiyanın 90 bankı daxil olmaqla, 215 fiziki və 94 hüquqi şəxsə qarşı sanksiyaların tətbiqini nəzərdə tutur. Onun qəbul ediləcəyi təqdirdə beynəlxalq əlaqələri olan Rusiya kredit təşkilatlarının yarısından çoxu məhdudiyyətlərə məruz qalacaq.
Sanksiya paketinin razılaşdırılması üçün əsas maneə Yunanıstanın mövqeyi olub. Afina Rusiyanın mayeləşdirilmiş təbii qazının (LNG) üçüncü ölkələrə daşınmasına qoyulan məhdudiyyətlərin yumşaldılmasını tələb edir.
Oxşar xəbərlər
İtaliyaya getmək istəyənlərin DİQQƏTİNƏ! Qadağa qoyulur
İtaliyanın Sardiniya adasında 15 restoran ailələrin yemək zamanı telefondan istifadəsini məhdudlaşdıran pilot layihəyə qoşulub. BAKU.WS xəbər verir ki, bir ay d...