Aİ Metanı uşaqların təhlükəsizliyi ilə bağlı cərimələyə bilər

Aİ Metanı uşaqların təhlükəsizliyi ilə bağlı cərimələyə bilər
Dünya 20

Avropa Komissiyası uşaqların təhlükəsizliyi qaydalarının pozulması iddiası ilə Meta barəsində sanksiya prosesini sürətləndirib.

BAKU.WS xəbər verir ki, araşdırma çərçivəsində şirkətin Facebook və Instagram platformalarında azyaşlı istifadəçilərin qeydiyyatının qarşısını almaq üçün yetərli tədbirlər görmədiyi iddia olunur.

Avropa İttifaqı tənzimləyiciləri hesab edir ki, uşaqlar yaş məhdudiyyətlərini asanlıqla keçə bilir, şikayət mexanizmləri isə həddindən artıq mürəkkəbdir.

Aİ-nin məlumatına görə, birlik ölkələrində 13 yaşdan aşağı uşaqların 10-12 faizi bu platformalardan istifadə edir.

Qeyd olunur ki, Meta çatışmazlıqları aradan qaldırmasa, Rəqəmsal Xidmətlər Aktı çərçivəsində şirkət qlobal illik gəlirinin 6 faizinə qədər cərimə oluna bilər.

Meta isə ittihamları qəbul etmir. Şirkət platformalarının 13 yaşdan yuxarı istifadəçilər üçün nəzərdə tutulduğunu və azyaşlı hesabların aşkarlanması üçün avtomatik təhlükəsizlik sistemlərindən istifadə etdiyini bildirib.

Araşdırmanın yekun qərarı verilməzdən əvvəl şirkətə izahat vermək və problemləri aradan qaldırmaq imkanı tanınacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər