Aİ İsraili Livandakı əməliyyatı dayandırmağa çağırdı
İsrail beynəlxalq hüquqa uyğun olaraq özünü müdafiə etmək hüququna malikdir, lakin Avropa İttifaqı İsrailin "Hizbullah" hərəkatının hücumlarına verdiyi cavabı həddindən artıq hesab edir.
BAKU.WS xəbər verir ki, bu barədə Aİ diplomatiyasının rəhbəri Kaya Kallasın nümayəndəsi Ənvar əl-Anuni bildirib.
"Biz İsraili Livandakı əməliyyatları dayandırmağa çağırırıq. Livanın suverenliyi və ərazi bütövlüyünə hörmət edilməsini tələb edirik", – deyə o qeyd edib.
Əl-Anuni həmçinin Avropa İttifaqının Livanın cənubunda sülhməramlı missiya həyata keçirən UNIFIL qüvvələrinə tam dəstək verdiyini vurğulayıb.
Bundan əvvəl İsrail Müdafiə Ordusunun (SAXAL) Livanda İran yönlü şiə hərəkatı olan "Hizbullah"a qarşı cari eskalasiya dövrünün əvvəlindən bəri ən genişmiqyaslı zərbələr seriyasını endirdiyi bildirilmişdi.
Martın sonunda İsrailin baş naziri Binyamin Netanyahu silahlı qüvvələrə Livanın cənub sərhədində mövcud təhlükəsizlik bufer zonasını genişləndirməyi tapşırmışdı. O, bu qərarın bölgədə təhlükəsizliyin təmin olunmasında ciddi dəyişikliklərə səbəb olacağını demişdi.
Oxşar xəbərlər
Səudiyyə Ərəbistanında neft kəmərinə PUA ilə hücum edilib
Səudiyyə Ərəbistanında Ərəbistan yarımadasından keçən və Qırmızı dəniz vasitəsilə neft ixracı üçün istifadə olunan "East-West" ("Petroline") boru kəmərinə pilot...