Ağ Ev: Ukraynanın Bayden dövründə NATO-ya qəbul olmaq şansı yoxdur

Ağ Ev: Ukraynanın Bayden dövründə NATO-ya qəbul olmaq şansı yoxdur
Dünya 52

ABŞ-nin hazırkı Prezidenti Cozef Baydenin hakimiyyəti dövründə Ukraynanın NATO-ya dəvət olunma şansı yoxdur; bu məsələyə artıq növbəti Amerika lideri Donald Tramp baxacaq.

"Report" xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının Avropa məsələləri üzrə baş direktoru Maykl Karpenter deyib.

"Məncə, hazırkı mərhələdə yeni komandanın 2025-ci ildə həllinə nail oluna bilinəcək münaqişənin həlli üzrə danışıqları düşünərək yaxın bir neçə ay ərzində Ukraynanın NATO-ya üzvlük məsələsi ilə necə məşğul olacağı söhbət mövzusudur", - Karpenter deyib.

Bundan əlavə, o vurğulayıb ki, Ukraynanın alyansa qoşulması üçün onun ərazisində bütün döyüş əməliyyatları sonlandırılmalıdır.

"Hazırda 32 üzvün hamısının razılığı yoxdur, alyansda dəvətin verilməsi üçün konsensusa malik deyilik", - Ağ Evin nümayəndəsi söyləyib.

Oxşar xəbərlər

ABŞ İrana qarşı sanksiyaları genişləndirib

ABŞ İrana qarşı sanksiyaları genişləndirib

ABŞ dörd fiziki şəxsə və 12 şirkətə qarşı sanksiya tətbiq edib. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə məlumat ABŞ Maliyyə Nazirliyinin saytında d...

19 Dünya 22:22 16 sentyabr 2025

Son xəbərlər