Ağ Ev rəsmisi: "Trampın və Amerika xalqının səbri tükənmək üzrədir"
"Hər iki tərəf reallığı qəbul etməli və razılığa gəlməlidir. ABŞ artıq bu müharibədən yorulub".
BAKU.WS Oxu.Az-aa istinadən xəbər verir ki, bunu "Fox News" telekanalına müsahibəsində Ağ Evin mətbuat katibi Karolin Levitt bildirib.
Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp Ukrayna münaqişəsinin nizama salınması üçün bütün səylərini səfərbər edib: "Tramp sözün əsl mənasında yatmır, gecə-gündüz sülh üçün çalışır. O, İsrail və Qəzzada olduğu kimi, Rusiya və Ukrayna ilə də bunu davam etdirəcək. Müharibə uzun müddətdir davam edir, günahsız insanlar həlak olub. Trampın və Amerika xalqının səbri tükənmək üzrədir".
Ağ Evin rəsmisinin sözlərinə görə, Tramp öz fikirlərini münaqişənin hər iki tərəfinə çatdırıb. O, həmçinin vurğulayıb ki, ABŞ prezidenti Ukraynada sülhə nail olmaq üçün səylərini davam etdirəcək.
Oxşar xəbərlər
2025 F1 mövsümünün çempionu bəlli oldu – Lando Norris tarix yazdı
2025 Formula 1 mövsümünə Əbu-Dabi Qran-prisi ilə yekun vurulub. Son yarışın nəticələrinə görə, "McLaren" sürücüsü Lando Norris dünya çempionu titulunu qazanıb....