Adnan Oktarın son görüntüsü
Cinayətkar qrup yaratmaq və idarə etmək, cinsi istismar, cinsi təcavüz, təhsil hüququnun məhdudlaşdırılması və şəxsi azadlıqdan məhrumetmə kimi ağır ittihamlarla 8 min 463 il 4 ay müddətinə azadlıqdan məhrum edilən Adnan Oktarın son görüntüsü yayılıb.
BAKU.WS sondakika-ya istinadən xəbər verir ki, onun son halını jurnalist Emrullah Erdinç sosial şəbəkədə paylaşıb. Fotolarda Oktarın ciddi şəkildə qocaldığı və fiziki olaraq xeyli zəiflədiyi aydın görünür.
Qısa müddətdə sosial mediada yayılan görüntülər istifadəçilər tərəfindən "tamamilə çöküb" şəklində şərhlərlə qarşılanıb.
İzləyicilər illər içində Oktarın keçirdiyi dəyişikliyin diqqətçəkici olduğunu bildiriblər.
Oxşar xəbərlər
Çində 7 maqnitudalı zəlzələ olub
Çində, Tibetin şimalında 7 maqnitudalı zəlzələ baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Çin Seysmik Şəbəkələr Mərkəzi (CENC) məlumat yay...