Adnan Oktarın 2 milyardlıq sərvəti dövlətə keçdi
27
okt
2024
17:23
Türkiyə hökuməti 8 658 il həbs cəzasına məhkum edilmiş Adnan Oktarın varidatını müsadirə edib.
BAKU.WS axşam.az-a istinadən xəbər verir ki, dövlət xəzinəsinə keçən sərvətin dəyəri 2 milyard lirə (təxminən 99 milyon 200 min manat) olub.
Bildirilir ki, İstanbulun Beşiktaş, Üsküdar, Sarıyer, Kartal, Tuzla rayonlarında yerləşən 16 ev və lüks avtomobillər də daxil olmaqla 61 maşın xəzinəyə köçürülüb.
Qeyd edək ki, "Harun Yəhya" ləqəbli Adnan Oktar Türkiyədə cinayət şəbəkəsi qurmaq, siyasi və hərbi casusluq, uşaqlara qarşı cinsi təcavüz və digər əməllərinə görə həbs olunub.
Oxşar xəbərlər
Şahzadə Harri və ailəsinin Böyük Britaniyaya qayıdış tarixi açıqlanıb
Şahzadə Harri, həyat yoldaşı Meqan Markl, həmçinin övladları Arçi və Lilibet bu gün, yəni avqustun 26-da Kaliforniyadan xüsusi reyslə Böyük Britaniyaya yola düş...