ABŞ vitse-prezidentinin korteji üzərində mərmi PARTLADI

ABŞ-də Dəniz Piyadaları Korpusunun 250 illiyi qeyd edilərkən 155 millimetrlik mərmi vaxtından əvvəl partlayıb. Partlayış vitse-prezident Cey Di Vensin korteji hərəkət etdiyi magistral yolun üzərində baş verib.
BAKU.WS xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb.
Nəşrin yazdığına görə, partlayış Los-Anceles və San Dieqo şəhərlərini birləşdirən avtomagistralın üzərində qeydə alınıb.

Mərminin qəlpələri mühafizəçilərə məxsus motosikletə və yol patruluna məxsus avtomobilə zərər yetirib.
Məlum olub ki, artilleriya atəşi yerli vaxtla saat 13:46-da, magistraldan təxminən bir kilometr aralıda yerləşən Uayt-Biç sahilindən açılıb.

Mərmilərdən biri vaxtından əvvəl partladığı üçün atəş dayandırılıb. Hadisə nəticəsində ABŞ vitse-prezidentinin mühafizəçiləri xəsarət almayıblar.
Qeyd edək ki, Kaliforniya qubernatoru Qevi Newsom atışların magistral yol üzərində keçirilməsinə qarşı çıxsa da, hərbçilər bu planın yol hərəkəti üçün təhlükəsiz olduğunu bildiriblər.
🚨 BREAKING: Vice President JD VANCE is watching a US Marines demonstration right now in Camp Pendleton, California
— Eric Daugherty (@EricLDaugh) October 18, 2025
These guys are BAD*SS! How could anyone not be proud to be an American 🇺🇸 pic.twitter.com/QepslhbDiz
Oxşar xəbərlər
Meksikada sel fəlakətində ölənlərin sayı artır
Meksikada güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində ölənlərin sayı 76-ya yüksəlib. BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, 5 ştatı əhatə edən...
