ABŞ vətəndaşlarına İranı təcili tərk etmək çağırışı edilib
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-nin İrandakı virtual səfirliyi ölkədə olan Amerika vətəndaşlarına İranı dərhal tərk etmələri barədə xəbərdarlıq yayıb.
BAKU.WSxəbər verir ki, bu çağırış diplomatik nümayəndəliyin rəsmi internet səhifəsində dərc olunub.
Bəyanatda bildirilir ki, ABŞ vətəndaşları gecikmədən ölkədən çıxmalı və Amerika hökumətinin birbaşa dəstəyinə arxalanmadan alternativ çıxış planı hazırlamalıdırlar.
Həmçinin qeyd olunur ki, ABŞ və İranın ikili vətəndaşlığına malik şəxslər ölkədən çıxarkən İran pasportlarından istifadə etməlidirlər. Diplomatlar eyni zamanda amerikalılara etiraz aksiyalarına qatılmamağı, diqqət çəkməməyə çalışmaları və ətraf mühitdə baş verənlərə qarşı ehtiyatlı olmaları tövsiyə ediblər.
Oxşar xəbərlər
Əndəlüs rəhbərliyi dəmiryol qəzasından sonra üçgünlük matəm elan edib
İspaniyanın Əndəlüs muxtar regionunun rəhbərliyi onlarla insanın həyatına son qoyan dəmiryol qəzası ilə əlaqədar üçgünlük matəm elan edib. BAKU.WS "Report"a ist...