ABŞ və İsrailin İrana zərbələri kimin xeyrinədir?
Amerika Birləşmiş Ştatları və İsrailin İrana qarşı başladığı hərbi əməliyyatlar Yaxın Şərqi yeni bir müharibə ocağına çevirib.
BAKU.WS xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında bildirilib.
İranın cavab zərbələri, Hörmüz boğazında gərginlik və regionda artan xaos artıq qlobal təsirlər doğurur. Amma bu münaqişənin ən maraqlı tərəfi, nə qədər qəribə səslənsə də, Rusiyadır. O döyüş meydanında olmaya-olmaya proseslərdən ən çox qazanan tərəf statusundadır.
Bəs Moskva bu müharibədən necə faydalanır?
İlk və ən böyük qazanc enerji bazarındadır. İran ətrafında gərginliyin artması və xüsusilə Hörmüz boğazının təhlükə altına düşməsi qlobal neft qiymətlərini kəskin şəkildə yüksəldib. Bu isə birbaşa Rusiyanın büdcəsinə milyardlarla əlavə gəlirin gəlməsi deməkdir. Çünki Rusiya iqtisadiyyatının əsas dayağı enerji ixracıdır. Qiymətlər artdıqca Kreml Ukraynadakı müharibəni maliyyələşdirmək üçün daha çox resurs əldə edir.
Oxşar xəbərlər
İran Təl-Əvivə növbəti zərbələr endirib
İranın Təl-Əvivə endirdiyi raket zərbələrinin görüntüləri yayılıb. BAKU.WS xəbər verir ki, şahidlər tərəfindən lentə alınan kadrlarda şəhər səmasında İran rake...