ABŞ və İsrail arasında narazılıq yaranıb?

ABŞ və İsrail arasında narazılıq yaranıb?
Video
Dünya 5

Amerika Birləşmiş Ştatları Prezidenti Donald Tramp ilə İsrailin Baş naziri Benyamin Netanyahunun telefon danışığından sonra verilən reaksiyalara baxanda bir şey aydın olur ki, İsrail və Amerika Birləşmiş Ştatları arasında fikir ayrılıqları var.

BAKU.WS xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında bildirilib.

Benyamin Netanyahu paylaşımında qeyd edib: "Prezident Trampla danışdım və ona bildirdim ki, əgər "Hizbullah" şəhərlərimizə və vətəndaşlarımıza hücumu dayandırmasa, İsrail Beyrutdakı terror hədəflərinə zərbələr endirəcək. Bizim bu mövqeyimiz dəyişməz olaraq qalır. İsrail ordusu Livanın cənubunda planlaşdırdığı hərbi əməliyyatları davam etdirəcək".

Bununla yanaşı, "Axios" nəşri ABŞ və İsrail liderləri arasında gərgin dialoqun yaşandığını iddia edib. Məlumata görə, Donald Tramp telefon danışığı zamanı Netanyahuya əsəbiləşərək deyib: "Niyə Livanda hərbi əməliyyatları genişləndirirsən?".

Digər tərəfdən, məhz İsrailin Livanda "Hizbullah"a qarşı müharibəni genişləndirməsi səbəbi ilə İranın da danışıqlardan imtina etdiyi bildirilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər