ABŞ və İran arasında yaxın günlərdə sülh sazişi mümkündür

ABŞ və İran arasında yaxın günlərdə sülh sazişi mümkündür
Dünya 47

ABŞ və İranın bazar ertəsinə qədər münaqişənin sülh yolu ilə həllinə dair razılığa gələ biləcəyi ehtimal olunur.

BAKU.WS-in məlumatına görə, ABŞ Prezidenti Donald Trump bu barədə "Fox News" telekanalına müsahibəsində danışıb. O bildirib ki, hazırda tərəflər arasında danışıqlar davam edir və razılaşma üçün real imkan mövcuddur.

Tramp qeyd edib ki, əgər saziş qısa müddətdə imzalanmasa və ya İran prosesi ləngitsə, Vaşinqton administrasiyası daha sərt addımlar ata bilər. Onun sözlərinə görə, bu halda ABŞ İranın enerji sektoruna nəzarət variantını nəzərdən keçirə bilər.

"Əgər onlar sazişi tez bir zamanda bağlamasalar, bütün imkanları, o cümlədən nefti nəzarətə götürməyi düşünə bilərəm. Sabah üçün yaxşı şans var, danışıqlar artıq gedir", – deyə o vurğulayıb.

ABŞ lideri əlavə edib ki, İran adından danışıqlar aparan şəxslərə prosesin davam etməsi üçün müvəqqəti amnistiya verilib.

Son xəbərlər