ABŞ və İran arasında danışıqların növbəti raundu başa çatıb
26
fev
2026
23:07
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ və İran arasında danışıqların növbəti raundu başa çatıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Omanın xarici işlər naziri Bədr əl-Busaidi "X"dəki hesabında məlumat yayıb.
Onun sözlərinə görə, danışıqlarda əhəmiyyətli irəliləyiş əldə olunub: "Müvafiq paytaxtlarda məsləhətləşmələrdən sonra tezliklə danışıqlara davam edəcəyik. Texniki səviyyədə müzakirələr gələn həftə Vyanada keçiriləcək".
Bədr əl-Busaidi paylaşımının sonunda Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə (AEBA) və ev sahibliyinə görə İsveçrəyə təşəkkür edib.
Oxşar xəbərlər
Əndəlüs rəhbərliyi dəmiryol qəzasından sonra üçgünlük matəm elan edib
İspaniyanın Əndəlüs muxtar regionunun rəhbərliyi onlarla insanın həyatına son qoyan dəmiryol qəzası ilə əlaqədar üçgünlük matəm elan edib. BAKU.WS "Report"a ist...