ABŞ və Fars körfəzi ölkələri İrana görə Ukraynadan kömək istədilər
ABŞ və Fars körfəzi ölkələri "Səma qalası" kimi tanınan akustik aşkarlama sisteminin analoqunun yaradılması üzrə Ukrayna ilə danışıqlar aparırlar. Sistemin yaradılmasında məqsəd İranın hücum dronlarının qarşısının alınmasıdır.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir i, bu barədə "Financial Times" məlumat yayıb.
Qeyd edilib ki, danışıqlar hökumət, hərbi və özəl səviyyələrdə aparılır.
"ABŞ-lilər (Ukraynaya) konkret sorğular göndəriblər, biz onlara lazım olanı təqdim edəcəyik", - mənbə bildirib.
O, Fars körfəzi ölkələri ilə danışıqları daha mürəkkəb adlandırıb. Eyni zamanda, Ukraynanın yüksəkvəzifəli rəsmisi qeyd edib ki, ölkəsinin hərbçiləri yaxın zamanda İranın dron hücumlarını dəf etməyə kömək etmək üçün Fars körfəzi ölkələrinə gedəcəklər.
Oxşar xəbərlər
"Tasnim": ABŞ-nin ələ keçirdiyi gəmidəki iranlılardan altısı azad olunub
İranın ABŞ tərəfindən Oman körfəzində saxlanıldığı bildirilən "TOUSKA" gəmisinin heyətinin altı üzvü azadlığa buraxılıb. BAKU.WS "Report"a istinadən xəbər verir...