ABŞ və Aİ arasında yeni böhran: Hörmüz boğazı fikir ayrılığı yaratdı
ABŞ ilə Avropa İttifaqı arasında münasibətlər Hörmüz boğazının təhlükəsizliyi məsələsinə görə yenidən ciddi gərginlik mərhələsinə daxil olub.
BAKU.WS xəbər verir ki, bu barədə "Politico" nəşri avropalı diplomatlara istinadən məlumat yayıb.
Məlumata görə, Avropa ölkələrinin xarici işlər nazirləri martın 16-da Brüsseldə keçirilən görüşdə Donald Trampın Hörmüz boğazının qorunmasına dəstək çağırışını demək olar ki, yekdilliklə rədd ediblər. Rəsmi səsvermə keçirilməsə də, ümumi mövqe ABŞ-nin təşəbbüsünə qoşulmamaq olub.
Avropa tərəfi hesab edir ki, Vaşinqton özü bu məsuliyyəti tam şəkildə üzərinə götürmədiyi halda, öz hərbi qüvvələrini və gəmilərini riskə atmaq istəmir.
Bundan əvvəl Tramp Çin, Fransa, Yaponiya, Cənubi Koreya, Birləşmiş Krallıq və digər ölkələri Hörmüz boğazına hərbi gəmilər göndərməyə çağırmışdı. O, həmçinin NATO müttəfiqlərinə xəbərdarlıq edərək, çağırışa cavab verilməyəcəyi təqdirdə bunun alyansın gələcəyi üçün mənfi nəticələr doğura biləcəyini bildirib.
Oxşar xəbərlər
İsrail KİV: Əli Laricani hava zərbəsi zamanı həlak olub
İranın Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin İsrail Hərbi Hava Qüvvələrinin hava zərbəsi nəticəsində həyatını itirdiyi iddia olunub. BAKU.WS İsrail KİV...