ABŞ Senatı hökumətin maliyyələşdirilməsi ilə bağlı qanun layihəsini təsdiqləyib

ABŞ Senatı hökumətin maliyyələşdirilməsi ilə bağlı qanun layihəsini təsdiqləyib
Dünya 37

ABŞ Senatı federal hökumətin maliyyələşdirilməsinin uzadılması ilə bağlı yeni qərar qəbul edib.

BAKU.WS xəbər verir ki, 10 noyabrda keçirilən səsvermə nəticəsində hökumətin fəaliyyətinin 30 yanvar 2026-cı ilə qədər davam etməsini nəzərdə tutan qanun layihəsi təsdiqlənib. Səsvermə prosesi C-SPAN kanalı vasitəsilə canlı yayımlanıb.

Qanun layihəsini Senatın 60 üzvü dəstəkləyib, 40 senator isə əleyhinə səs verib. Bu addım ABŞ hökumətinin rekord səviyyəyə çatan maliyyə böhranının qarşısını almağa yönəlib.

Sənədin növbəti mərhələdə Nümayəndələr Palatasında müzakirəyə çıxarılması gözlənilir. Aşağı palata da layihəni qəbul edərsə, sənəd imzalanmaq üçün ABŞ Prezidenti Donald Trampa təqdim olunacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər