ABŞ Prezidenti Putinə Melaniya Trampın məktubunu təqdim edib
16
avq
2025
10:12
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Donald Tramp Alyaskanın Ankoric şəhərində rusiyalı həmkarı Vladimir Putinlə görüşü zamanı ölkənin birinci xanımı Melaniya Trampın məktubunu ona təqdim edib.
BAKU.WS "Reuters"ə istinadən xəbər verir ki, məktubda əsasən Ukrayna və Rusiyadakı uşaqların vəziyyətinə toxunulub.
Rəsmilər məktubun tam məzmununu açıqlamasa da, sənəddə Ukraynada müharibə səbəbindən uşaqların oğurlanması məsələsinin qabardıldığı bildirilib.
Qeyd edək ki, Melaniya Tramp Ankoricdə keçirilən görüşdə həyat yoldaşını müşayiət etməyib.
Oxşar xəbərlər
ABŞ Moskvada terror aktına hazırlıq barədə Rusiyaya məlumat ötürüb
Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) Moskvada terror aktının hazırlanması barədə ABŞ tərəfindən məlumat alıb. BAKU.WS "Report"a istinadən xəbər verir k...