ABŞ-də səsvermə başa çatdı: Tramp Harrisi qabaqlayır
ABŞ-də prezident seçkiləri ilə bağlı səsvermə başa çatıb, ölkədə son seçki məntəqəsi də bağlanıb.
Son səsvermə Havay və Alyaskada keçirilib.
Rəsmi olmayan nəticələrə görə, Donald Tramp 247, Kamala Harris isə 214 səs toplayıb.
Qələbə qazanmaq üçün 270 seçici səsini toplamaq lazımdır.
***10:14
Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp prezident seçkilərində Harisə nisbətən 5 milyon daha çox seçici səsi toplayır.
Bu barədə "Associated Press" agentliyi məlumat yayıb.
Hazırda Tramp 58 milyondan çox səs toplayır, demokratlardan olan namizəd Kamala Haris isə 53 milyon seçicinin dəstəyini qazanır.
Buna baxmayaraq, ümumi səs sayında bu üstünlüyə rəğmən, ABŞ-də prezident seçkilərində qələbə yalnız seçici səslərinin sayına deyil, həm də seçicilər kollegiyasının sisteminə əsaslanır.
ABŞ-də prezident seçicilərin səsi ilə birbaşa deyil, seçicilər kollegiyasının səs sayı ilə seçilir. 2016-cı ildə Hillari Klinton Trampdan çox səs toplamışdı, lakin seçicilər kollegiyasının səs bölgüsü nəticəsində məğlub olmuşdu.
"Fox News"un proqnozlarına görə, Tramp 232 seçici kollegiyası səsi, Haris isə 198 səs qazanır.
***10:06
ABŞ-də keçirilən prezident seçkisində Respublikaçılar Partiyasından olan namizəd Donald Tramp Demokratlar Partiyasından olan rəqibi Kamala Harrisi kəskin fərqlə qabaqlayır.
Bu barədə "Associated Press" agentliyi məlumat yayıb.
Donald Tramp 247 səs, Kamala Harris isə 210 səs toplayıb.
***08:48
ABŞ prezident seçkisində Demokratlar Partiyasından olan Kamala Harrisin səsləri artmağa başlayıb.
Bu barədə "Associated Press" agentliyi məlumat yayıb.
Siyasətçi artıq 205 səs toplayıb.
Bununla belə, 230 səsi olan Donald Tramp seçki yarışında qabaqdadır.
***08:09
Amerika Birləşmiş Ştatlarında keçirilən 59-cu prezident seçkilərində ilkin nəticələr məlum olub. Belə ki, Respublikaçılar Partiyasının namizədi Donald Tramp, rəqibi Demokratlar Partiyasının namizədi, vitse-prezident Kamala Harrisi qabaqlayaraq önə keçib.
Bu barədə "Associated Press" agentliyi məlumat yayıb.
Donald Tramp artıq 214 seçici səsi toplayaraq 270 səs hədəfinə yaxınlaşmaqdadır. Harris isə hələlik cəmi 179 səs qazana bilib.
Xatırladaq ki, Tramp 2016-cı ildə keçirilən seçkilərdə də gözlənilməz nəticə göstərərək Hillari Klintonu məğlub etmişdi. O zaman da rəy sorğuları Klintonun qələbəsini proqnozlaşdırırdı.
Oxşar xəbərlər
Mahaçqala hava limanı dron hücumuna görə fəaliyyətini dayandırıb
Dağıstanın hava məkanında dron vurulub. Mahaçqala hava limanı dron hücumuna görə fəaliyyətini dayandırıb. BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, Rusiy...