ABŞ ordusu Suriyada 37 terrorçu məhv edib
ABŞ Suriyada terrorçu qruplaşmalara qarşı endirdiyi zərbələr nəticəsində 37 yaraqlı öldürülüb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
Qeyd olunur ki, İŞİD terror qruplaşması və "Hürrəs əd din" ekstremist qruplaşmasının bir neçə yüksək rütbəli komandiri ölülər siyahısındadır.
Bundan əvvəl, sentyabrın 16-da ABŞ ən azı 28 İŞİD yaraqlısını məhv edib, sentyabrın 24-də isə komandanlıq Suriyanın şimal-qərbinə aviazərbələr endirərək "Hürrəs əd din" qruplaşmasının liderlərindən biri də daxil olmaqla, 9 silahlını məhv edib. Avqustun 23-də isə ABŞ ordusu Suriyada "Hürrəs əd din"in liderlərindən olan Əbu Əbdürrəhman əl-Məkkini zərərsizləşdirib.
Oxşar xəbərlər
İsrail Hudeydə limanını bombalayıb
İsrail aviasiyası üsyançı "Ənsar Allah" (husilər) hərəkatının nəzarətində olan Yəmənin Hudeyda dəniz limanına aviazərbələr endirib. BAKU.WS "Report"a istinadən...