ABŞ ordusu SEPAH-ın komandanlıq və nəzarət məntəqəsinin məhv edildiyini açıqlayıb
ABŞ ordusu İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanlıq və nəzarət məntəqəsinin məhv edildiyini açıqlayıb.
BAKU.WS xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) sosial media platforması X-də məlumat yayıb.
Qeyd edilib ki, İranın hava hücumundan müdafiə sistemləri, hərbi aerodromları, raket və pilotsuz təyyarələrin buraxılış məntəqələri də məhv edilib.
Xatırladaq ki, 28 fevral səhəri ABŞ İsraillə birlikdə İrana qarşı hərbi əməliyyata başlayıb. ABŞ prezidenti Donald Tramp xalqa müraciətində ABŞ və İsrailin İrana hücumlarını Tehranın nüvə ambisiyalarından imtina etmək istəməməsi ilə bağlı əlaqələndirib.
İslam Respublikasının paytaxtı da daxil olmaqla, çoxsaylı şəhərlərinə hücum edilib. Zərbələrdən biri Ali Lider Əli Xameneinin iqamətgahına dəyib və o həlak olub. Cavab olaraq İran İsrailə və Yaxın Şərqdəki Amerika hava bazalarına raket və pilotsuz təyyarələrlə hücumlar həyata keçirib.
Oxşar xəbərlər
Zelenski Parisdə Pəhləvi ilə görüşüb
Ukrayna Prezidenti Volodimir Zelenski Parisdə İranın sonuncu şahının böyük oğlu Rza Pəhləvi ilə görüşüb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə U...