ABŞ-nin Səudiyyədəki səfirliyi vuruldu - Tramp hücuma cavab veriləcəyini bildir

ABŞ-nin Səudiyyədəki səfirliyi vuruldu - Tramp hücuma cavab veriləcəyini bildir
Video
Dünya 201

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində yerləşən ABŞ səfirliyində partlayışdan sonra yanğın baş verib.

BAKU.WS xəbər verir ki, səfirliyə İran tərəfdən iki dronla hücum təşkil olunub.

Səfiliyə hücum zamanı mümkün xəsarət alanlarla bağlı hələlik rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Birləşmiş Ştatlar Ər-Riyaddakı səfirliyə edilən hücuma cavab verəcək. Bunu "NewsNation" telekanalının jurnalisti Kelli Meyer deyib.

"Mən yenicə prezident Trampla danışdım. O dedi ki, ABŞ-nin Ər-Riyaddakı səfirliyinə hücuma və amerikalı hərbçilərin öldürülməsinə cavabın necə olacağını tezliklə öyrənəcəksiniz", - jurnalist "X" sosial şəbəkəsində yazıb.

Son xəbərlər