ABŞ-nin Küveytdəki səfirliyinə hücum edilib
02
mar
2026
11:53
ABŞ-nin Küveytdəki səfirliyinə hücum edilib.
BAKU.WS xəbər verir ki, bu barədə "Tasnim" xəbər agentliyi məlumat yayıb.
Qeyd edilib ki, Küveytdəki ABŞ səfirliyinin binası hücum anında ələ keçirilib və ardınca ətrafa tüstü buludları yayılıb.
Xatırladaq ki, ABŞ və İsrail 28 fevraldan bəri İran ərazisinə hücumlar edir, dağıntılara və insan tələfatına səbəb olur. Buna cavab olaraq İran İsrailə və ABŞ-ın bölgədəki hərbi bazalarına raket zərbələri endirib.
Hücum zamanı İranın Ali Lideri Ayətullah Əli Seyid Xamenei də həlak olub.
Oxşar xəbərlər
İrandakı vəziyyətlə əlaqədar Türkiyədə bütün qurumlar yüksək hazırlıq vəziyyətindədir
Türkiyə Nazirlər Kabinetinin martın 9-da keçirilən toplantısında İrandakı vəziyyət, sərhəd təhlükəsizliyi kimi məsələlər müzakirə edilib. BAKU.WS report-a istin...