ABŞ-nin F-15 təyyarəsi vurulub, pilot əsir götürülüb

ABŞ-nin F-15 təyyarəsi vurulub, pilot əsir götürülüb
Dünya 34

İranın ABŞ-yə məxsus döyüş təyyarəsini vurması ölkənin hərbi texnologiyalarının səviyyəsini nümayiş etdirib.

BAKU.WS xəbər verir ki, bu barədə Rusiya Raket və Artilleriya Elmləri Akademiyasının müşaviri, ehtiyatda olan podpolkovnik Oleq İvannikov bildirib.

Xatırladaq ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-yə məxsus ikinci F-35 qırıcısını vurduğunu açıqlayıb. Bildirilir ki, təyyarə İranın mərkəzi hissəsi üzərində yeni hava hücumundan müdafiə sistemi ilə vurulub.

Daha sonra yayılan qalıq görüntülərindən sonra ekspertlər bunun F-35 deyil, daha çox "F-15E Strike Eagle" təyyarəsi olduğunu ehtimal ediblər.

IRNA agentliyi pilotların katapult etdiyini və sağ qalma ehtimalının olduğunu bildirib. ABŞ qüvvələri onların axtarışı üçün quru əməliyyatına başlayıb və bu zaman İran hərbçiləri ilə toqquşma baş verib. Məlumata görə, ABŞ tərəfi ciddi itkilər verib. Sonradan pilotlardan birinin SEPAH tərəfindən əsir götürüldüyü açıqlanıb.

Qeyd edək ki, ABŞ hərbçilərinin İranda əsir düşəcəyi halda onların taleyi ilə bağlı müzakirələr aparılmışdı. Politoloq, Moskva Dövlət Pedaqoji Universitetinin Tarix və Siyasət İnstitutunun direktor müavini Vladimir Şapovalov bildirib ki, əsir düşən hərbçilərə beynəlxalq hüquq çərçivəsində yanaşılacaq.

Bununla yanaşı, SEPAH daha sərt bəyanatlar da səsləndirib. Belə ki, İran ərazisinə müdaxilə edənlərin ağır şəkildə cəzalandırılacağı bildirilib.

İvannikov qeyd edib ki, İran müasir hərbi hədəfləri aşkar edib məhv edə bilən güclü texnologiyalara malikdir. Onun sözlərinə görə, ABŞ və İsrail ən müasir silahlardan, o cümlədən "stealth" texnologiyalı, radarlar üçün görünməz qırıcı təyyarələrdən istifadə edir. Lakin belə bir təyyarənin vurulması göstərir ki, İran da süni intellekt və sintez olunmuş aperturalı radiolokasiya sistemləri ilə bu hədəfləri aşkar edib məhv etmək imkanına sahibdir.

Ekspert əlavə edib ki, Yaxın Şərqdə davam edən münaqişə fonunda ABŞ hərbi texnikasının itkiləri arta bilər.

"ABŞ və İsrail üçün bu hadisə ciddi siqnaldır. Onlar İranın bu qədər müasir silahlara sahib olduğunu və ciddi müqavimət göstərə biləcəyini gözləmirdi. Bu səbəbdən hücumların və uçuşların sayı azala bilər", – deyə o bildirib.

Eyni zamanda, Yaxın Şərq və Şimali Afrika üzrə mütəxəssis Kirill Semenov qeyd edib ki, ABŞ-nin hələ də yüzlərlə – təxminən 500-600 ədəd belə təyyarəsi mövcuddur.

Son xəbərlər