ABŞ-ni güclü şaxta vurdu: temperatur -34 dərəcəyə düşdü, 17 nəfər ölüb
ABŞ-nin şimal-şərq bölgəsi güclü arktik soyuq dalğasının təsiri altına düşüb. Xüsusilə Nyu-Yorkda son illərin ən sərt şaxtalarından biri müşahidə olunur.
BAKU.WS xəbər verir ki, şəhərdə temperatur -16 dərəcəyədək enib, güclü küləklə birlikdə hiss olunan soyuq -26 dərəcəyə çatıb. Bəzi şimal bölgələrində isə temperatur -29 ilə -34 dərəcə arasında dəyişib.
Meteoroloqlar bildiriblər ki, bu cür soyuq şəraitdə açıq dərinin yarım saatdan az müddətdə donma riski var. Nyu-York və Filadelfiya kimi iri şəhərlərdə yaşayan təxminən 43 milyon nəfər üçün "ekstrem soyuq" xəbərdarlığı edilib.
Son həftələrdə Nyu-Yorkda azı 17 nəfərin həyatını itirdiyi, onlardan 13-nün hipotermiyadan öldüyü təsdiqlənib. Şəhər rəhbərliyi sığınacaqlar açıb, istilik mərkəzləri və mobil avtobuslar istifadəyə verərək evsizləri təhlükəsiz yerlərə yerləşdirməyə çalışır.
Sinoptiklər yaxın günlərdə temperaturun tədricən yüksələcəyini və mart ayına doğru havanın normallaşacağını proqnozlaşdırırlar.
Oxşar xəbərlər
Müctəba Xamenei: Ordumuz İran ərazisini qoruyur
İran ordusu ölkənin ərazisini və bayrağını qoruyur. BAKU.WS report-a istinadən xəbər verir ki, bunu İran mediası İranın ali lideri Müctəba Xameneinin Milli Ordu...