ABŞ Konqresində Rusiya ilə bağlı səsvermə öncəsi maraqlı detal ortaya çıxıb
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Mayk Consonun Rusiya əleyhinə sanksiyalar və Ukraynaya əlavə yardım paketinin səsverməsindən əvvəl respublikaçı həmkarlarını qanun layihəsinə qarşı çıxmağa çağırdığı iddia olunur.
BAKU.WS xəbər verir ki, bu barədə CNN mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Conson qapalı iclas zamanı bildirib ki, layihənin qəbul edilməməsi ABŞ Prezidenti Donald Trampa Rusiya ilə danışıqlar aparmaq üçün daha geniş imkan yarada bilər.
Buna baxmayaraq, səsvermə zamanı 18 respublikaçı və adətən respublikaçılarla eyni mövqedən çıxış edən bir müstəqil konqresmen qanun layihəsini dəstəkləyib. Bu isə Trampın mövqeyinə qarşı çıxış kimi qiymətləndirilib.
Qeyd edək ki, Nümayəndələr Palatası Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini və Ukraynaya əlavə yardım ayrılmasını nəzərdə tutan qanun layihəsini 226 lehinə, 195 əleyhinə səslə qəbul edib.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...