ABŞ Karib dənizində daha bir neft tankerinə əl qoydu
ABŞ ordusu Karib dənizi hövzəsində neft daşıyan daha bir gəmiyə əl qoyub.
BAKU.WS xəbər verir ki, ABŞ-nin Cənub Komandanlığının (SOUTHCOM) sosial media hesabında yayılan məlumata görə, Karib regionunda həyata keçirilən əməliyyat zamanı "Sagitta" adlı tanker problemsiz şəkildə ələ keçirilib.
Açıqlamada bildirilib ki, sözügedən gəmi ABŞ Prezidenti Donald Trampın Karib dənizində sanksiya tətbiq edilən gəmilərə qarşı elan etdiyi blokadanı pozaraq fəaliyyət göstərib.
Qeyd edək ki, "Sagitta" Venesueladan neft daşıdığına görə saxlanılıb və bu, ABŞ tərəfindən bölgədə müsadirə edilən 7-ci neft tankeri olub.
Oxşar xəbərlər
Rusiyada sabiq nazir müavini hamamda ölü tapılıb
Rusiyanın Ədliyyə Nazirliyinin sabiq müavini Sergey Tropin ölü tapılıb. BAKU.WS xəbər verir ki, bu barədə "112" teleqram kanalı məlumat yayıb. Hadisə Moskvada,...