ABŞ İtaliyanın ultra solçu qrupuna qarşı sanksiyalar tətbiq edib
ABŞ İtaliyanın "Autistici/Inventati" (A/I Collective) qrupuna və ultra solçu terrorizmin transmilli şəbəkələri ilə əlaqəli digər təşkilatlara qarşı sanksiyalar tətbiq edib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi saytında dərc olunan bəyanatda deyilir.
Qurumun iddiasına görə, "Autistici/Inventati" ABŞ, Avropa və dünyanın digər regionlarında sol-radikal şəbəkələr üçün rəqəmsal infrastruktur yaradır və ona xidmət göstərir.
"Qrup şifrələnmiş çatlar və elektron poçt, veb-hostinq, qorunan videokonfranslar və yayımlar, eləcə də anonimliyi təmin etmək üçün alətlər də daxil olmaqla geniş spektrli rəqəmsal xidmətlər təqdim edir. Bu xidmətlərdən təşkilatlanma, cəlbetmə, kommunikasiya, təbliğatın yayılması, hədəflər və taktika haqqında məlumat mübadiləsi, həmçinin zorakı hücumların hazırlanması üçün istifadə olunur", - Dövlət Departamentinin bəyanatından məlum olur.
Qurumun məlumatına görə, qrup öz platformasında təxminən 16 min poçt qutusu, 1,5 min veb-sayt, 5,5 min göndəriş və 10 min bloq yerləşdirdiyini bildirir.
Tətbiq edilən sanksiyalar çərçivəsində göstərilən təşkilatın ABŞ yurisdiksiyası altında olan bütün əmlakı və əmlak maraqları bloklanır. Amerika vətəndaşlarına və şirkətlərinə, bir qayda olaraq, onunla hər hansı əməliyyatlar aparmaq qadağan edilir.
Oxşar xəbərlər
Şahzadə Harri və ailəsinin Böyük Britaniyaya qayıdış tarixi açıqlanıb
Şahzadə Harri, həyat yoldaşı Meqan Markl, həmçinin övladları Arçi və Lilibet bu gün, yəni avqustun 26-da Kaliforniyadan xüsusi reyslə Böyük Britaniyaya yola düş...