ABŞ İranla əlaqəli 60-dan çox təşkilata və gəmiyə sanksiyalar tətbiq edir

ABŞ İranla əlaqəli 60-dan çox təşkilata və gəmiyə sanksiyalar tətbiq edir
Dünya 6

Vaşinqton administrasiyası İranla əlaqələrə görə 60-dan çox təşkilata, fiziki şəxsə və gəmiyə sanksiyalar tətbiq edir.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə ABŞ-nin maliyyə naziri Skott Bessent bildirib.

"ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi İran rejiminə qadağan olunmuş nüvə və raket texnologiyaları əldə etməyə, kiber əməliyyatlar aparmağa və neft gəlirləri əldə etməyə imkan verən dünya üzrə 60-dan çox təşkilata, şəxsə və gəmiyə sanksiyalar tətbiq edir", - o deyib.

Nazirin sözlərinə görə, Vaşinqton İranı qlobal arenada tamamilə təcrid etmək və İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) üçün potensial maliyyələşdirmə mənbələrini kəsmək istəyir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər