ABŞ İrana qarşı dəniz blokadasının başladığını elan etdi

ABŞ İrana qarşı dəniz blokadasının başladığını elan etdi
Dünya 13

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı yeni hücum dalğasına başladığını və ölkəyə yönəlik dəniz blokadasının qüvvəyə mindiyini açıqlayıb.

BAKU.WS CENTCOM-un yaydığı məlumata istinadən xəbər verir ki, dəniz blokadası Bakı vaxtı ilə saat 23:00-dan etibarən tətbiq olunmağa başlayıb. Bildirilib ki, ABŞ İran limanlarına və sahil bölgələrinə hərəkət edən gəmilərə qarşı dəniz blokadasını yenidən bərpa edib.

Açıqlamada qeyd olunub ki, hazırda Yaxın Şərqdə ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus 20-dən çox döyüş gəmisi və yüzlərlə hərbi təyyarə xidmət aparır. "ABŞ qüvvələri yüksək hazırlıq vəziyyətindədir və istənilən əməliyyatı həyata keçirməyə hazırdır", - deyə CENTCOM vurğulayıb.

Bununla yanaşı, komandanlıq Bakı vaxtı ilə saat 22:00-dan etibarən İrana qarşı yeni hərbi əməliyyatların başladığını da açıqlayıb. Bildirilib ki, zərbələrin məqsədi İranın Hörmüz boğazında gəmilərə qarşı hücumlarının qarşısını almaqdır.

Qeyd edək ki, bu məlumatlar CENTCOM-un rəsmi açıqlamasına əsaslanır. İran tərəfi isə hələlik sözügedən bəyanatla bağlı rəsmi münasibət bildirməyib. Müstəqil mənbələr tərəfindən əməliyyatın detalları tam təsdiqlənməyib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər