ABŞ İran neftinə nəzarəti ələ keçirmək istəyir
ABŞ Prezidenti Donald Trump Vaşinqtonun İranın neft sənayesinə nəzarəti ələ keçirməsini üstün tutacağını bildirib.
BAKU.WS xəbər verir ki, bu barədə o, Financial Times qəzetinə müsahibəsində danışıb.
"Düzünü desəm, mən İranın neftinə nəzarəti ələ keçirmək istərdim", – deyə Tramp qeyd edib.
ABŞ lideri əlavə edib ki, ölkə daxilində səslənən tənqidlərə baxmayaraq, bu mövqeyini haqlı hesab edir.
Qeyd edək ki, Tramp martın 26-da keçirilən Nazirlər Kabinetinin iclasında da bu məsələyə toxunaraq İran neftinə nəzarətin mümkün addım kimi nəzərdən keçirildiyini bildirib.
"Bu, variantdır", – deyə ABŞ Prezidenti vurğulayıb.
Oxşar xəbərlər
Neft qiymətləri yeni həftəyə kəskin artımla başladı
Qlobal əmtəə bazarlarında neft qiymətləri yeni həftəyə ciddi bahalaşma ilə start verib. BAKU.WS xəbər verir ki, "APA-Economics"in məlumatına görə, ABŞ-ın WTI ma...