ABŞ-İran danışıqlarından sonra neft ucuzlaşdı, bazarlarda gərginlik azaldı

ABŞ-İran danışıqlarından sonra neft ucuzlaşdı, bazarlarda gərginlik azaldı
Dünya 14

İsveçrədə Qətər və Pakistanın vasitəçiliyi ilə keçirilən ABŞ-İran danışıqlarının ilk mərhələsindən əldə olunan müsbət nəticələr qlobal bazarlarda nikbinlik yaradıb.

BAKU.WS xəbər verir ki, məlumata görə, təxminən 18 saat davam edən görüşlərdən sonra vasitəçi ölkələr tərəflər arasında mühüm məsələlər üzrə irəliləyiş əldə olunduğunu açıqlayıblar. Bildirilib ki, Hörmüz boğazının təhlükəsizliyi, Livanda atəşkəs və İranın dondurulmuş xarici aktivləri kimi mövzularda tərəflərin mövqeləri yaxınlaşıb.

Danışıqlar zamanı müəyyən fikir ayrılıqları yaşansa da, prosesin davam etdirilməsi və 60 gün ərzində yekun razılaşmanın əldə olunmasını nəzərdə tutan yol xəritəsi üzərində razılıq əldə edildiyi vurğulanıb.

Müzakirələrdə irəliləyişlə bağlı xəbərlər neft bazarına da təsir göstərib. Belə ki, "Brent" markalı neftin qiyməti gün ərzindəki artımı geri verərək enişə keçib. Analitiklər hesab edirlər ki, regionda gərginliyin enerji təchizatına mənfi təsir göstərəcəyi ilə bağlı narahatlıqların azalması qiymətlərin sabitləşməsinə səbəb olub.

Müsbət xəbərlər fond bazarlarında da satış təzyiqini zəiflədib. ABŞ və Avropanın əsas birja indekslərində əvvəlki itkilərin bir hissəsi kompensasiya olunub və bazarlarda nisbi sabitlik müşahidə edilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər