ABŞ hərbi əməliyyatlar başlayandan bəri İrana qarşı ən böyük zərbələr dalğasını həyata keçirib
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ İranın raket infrastrukturunun məhv edilməsinə yönəlmiş "Epik qəzəb" (Epic Fury) hərbi əməliyyatı çərçivəsində ölkədəki obyektlərə indiyə qədərki ən böyük hava zərbələri dalğasını həyata keçirib.
BAKU.WS "Sky News"a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin maliyyə naziri Skott Bessent "Fox Business"in efirində bildirib.
Onun sözlərinə görə, son zərbə dalğası əməliyyat başlayandan bəri ən irimiqyaslısı olub:
"Biz İranın raket buraxılış qurğularına və raket istehsal olunan müəssisələrə maksimum zərər vururuq. Biz onların potensialını əhəmiyyətli dərəcədə zəiflədirik. Əməliyyatımız sarsıdıcı xarakter daşıyır".
Son günlər Ağ Evdə İrana qarşı hərbi əməliyyatın gücləndirilməsi niyyəti barədə xəbərdarlıq edilirdi.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bildirib ki, əməliyyatın ilk həftəsi ərzində ABŞ qüvvələri 3 000-dən çox hədəfə zərbə endirib.
"Biz yavaşlamırıq", - komandanlığın "X" sosial şəbəkəsində dərc olunan məlumatında bildirilib.//Report.az
Oxşar xəbərlər
ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib
ABŞ Konqo Demokratik Respublikasının (KDR) şərqində fəaliyyət göstərən M23 silahlı qruplaşmasına dəstək verdiyinə görə Ruanda Müdafiə Nazirliyi və bir maliyyə t...