ABŞ hərbi bazalarında edilən hücumlarda 13 hərbçi ölüb
Son 12 gündə İraqda və regionda ABŞ bazalarına edilən hücumlar zamanı 13 hərbçi həlak olub, onlarla insan yaralanıb.
BAKU.WS "Tasnim"ə istinadən xəbər verir ki, bu barədə İraq İslam Müqaviməti məlumat yayıb.
Qrup açıqlamasında müharibənin əvvəlindən bəri ümumilikdə 291 əməliyyat keçirdiyini bildirib.
Bəyanatda o da qeyd edilib ki, yaralılardan bəzilərinin vəziyyəti ağırdır.
İraq İslam Müqaviməti həmçinin son bir gün ərzində ABŞ qüvvələrinin İraqda və daha geniş bölgədə işğal etdiyi bazaları hədəf alan onlarla raket və dron istifadə edərək 31 hücum həyata keçirdiyini bildirib.
Bir müddət əvvəl Bağdad Beynəlxalq Hava Limanı yaxınlığındakı ABŞ-nin logistika dəstək mərkəzini hədəf alan bir sıra dron hücumları barədə məlumat veriblər.
Oxşar xəbərlər
İranın yeni ali liderinin aldığı xəsarətlər məlum olub
İranın yeni ali lideri Müctəba Xameneinin aldığı xəsarətlər məlum olub. BAKU.WS "The New York Times"a istinadən xəbər verir ki, Müctəba Xamenei ölkənin ABŞ və İ...