ABŞ döyüş təyyarələri Venesuela hava sahəsi yaxınlığında uçuş edib
ABŞ ordusuna məxsus iki F/A-18 tipli döyüş təyyarəsi Venesuela hava sahəsi yaxınlığında 30 dəqiqədən artıq uçuş həyata keçirib.
BAKU.WS xəbər verir ki, ABŞ ilə Venesuela arasında gərginliyin davam etdiyi bir vaxtda Amerikan qırıcılarının Cənubi Amerika ölkəsi yaxınlığında görünməsi diqqət çəkib.
Uçuşları izləyən monitorinq məlumatlarına əsasən, hər iki qırıcı təxminən yarım saatdan çox Venesuela sərhədinə yaxın bölgədə manevr edib.
Məsələ ilə bağlı adının açıqlanmaması şərti ilə danışan ABŞ müdafiə rəsmisi bildirib ki, F/A-18 təyyarələri bölgədə "rutin təlim uçuşu" keçirib. Onun sözlərinə görə, təyyarələr uçuş zamanı beynəlxalq hava məkanını tərk etməyib və əməliyyat "heç bir təxribat məqsədi daşımır".
Oxşar xəbərlər
Zelenski: Sabah BƏƏ-də Ukrayna-ABŞ-Rusiya üçtərəfli görüşü keçiriləcək
Yanvarın 23-də BƏƏ-də Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüş keçiriləcək. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə ölkə Prezidenti Volodim...