ABŞ-dən İranla bağlı şok plan: "Qısa və güclü" zərbələr hazırlanıb
ABŞ danışıqlardakı çıxılmaz vəziyyəti aradan qaldırmaq ümidi ilə İrana "qısa və güclü" zərbələr dalğası endirmək planı hazırlayıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Axios" mənbələrə istinadən məlumat yayıb.
Portal Donald Trampa istinadən qeyd edir ki, Vaşinqton İranın ABŞ ilə danışıqlar aparmağa hazır olduğu üç mərhələli planı faktiki olaraq rədd edib.
"Tramp İranın Hörmüz boğazını açmaq və dəniz blokadasını ləğv etmək, nüvə proqramı üzrə danışıqları isə sonrakı tarixə keçirmək təklifini rədd edir", - deyə portal yazıb.
"Axios" mənbələrinin məlumatına görə, ABŞ Mərkəzi Komandanlığı İrana, o cümlədən mülki infrastruktur obyektlərinə "qısa və güclü" zərbələr dalğası planı hazırlayıb.
Bildirilir ki, zərbələrdən sonra ABŞ İran rəhbərliyinə təzyiq göstərməyi planlaşdırır ki, Tehran danışıqlar masasına qayıtsın və daha çox çeviklik nümayiş etdirsin.
Portalın yazdığına görə, Donald Tramp bu mərhələdə Tehrana əsas təzyiq vasitəsi kimi dəniz blokadasını nəzərdən keçirir, lakin hərbi əməliyyat ehtimalını da istisna etmir.
Oxşar xəbərlər
"Tasnim": ABŞ-nin ələ keçirdiyi gəmidəki iranlılardan altısı azad olunub
İranın ABŞ tərəfindən Oman körfəzində saxlanıldığı bildirilən "TOUSKA" gəmisinin heyətinin altı üzvü azadlığa buraxılıb. BAKU.WS "Report"a istinadən xəbər verir...