ABŞ-də Yeni il gecəsi faciə: 10 nəfər öldürüldü
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-nin Nyu-Orlean şəhərində Yeni il gecəsi faciəvi hadisə baş verib.
Sürücü avtomobilini piyadaların üzərinə sürdükdən sonra insanlara atəş açıb.
Bu barədə yerli WGNO nəşri məlumat yayıb.
Hadisə şəhərin sıx küçələrindən birində qeydə alınıb. Şahidlərin paylaşdığı kadrlarda yerə yıxılmış zərərçəkənlərə kömək göstərməyə çalışan insanlar görünür. Lakin qısa müddət sonra atəş səsləri eşidilir və izdiham arasında panika yaranır.
Polisin verdiyi məlumata görə, sürücü əvvəlcə avtoobili insanların üzərinə sürüb,, daha sonra maşından enərək atəş açmağa başlayıb. Polis əməkdaşları cavab atəşi açıblar, lakin cinayətkar hadisə yerindən qaçmağa müvəffəq olub.
Hadisə nəticəsində ən azı 10 nəfər həyatını itirib.
Meer beelden van de straat waar het drama zich volstrekte.
— Roy Grinwis (@RoyGrinwis) January 1, 2025
New Orleans, #Louisiana pic.twitter.com/kSqC8A0Y4o
Oxşar xəbərlər
Netanyahu üçün kritik sınaq: Seçkilərdən sonra İsraili nə gözləyir?
İsraildə oktyabrın 27-də keçirilən parlament seçkilərindən sonra ölkənin siyasi gələcəyi ilə bağlı əsas sual hələ də açıq qalır: Benjamin Netanyahu hakimiyyətdə...