ABŞ-də süni intellekt üçün data mərkəzlərinin tikintisi elektrik və santexnik çatışmazlığı yaradıb
ABŞ-də süni intellekt (Sİ) üçün data mərkəzlərinin sürətlə artan tikintisi ixtisaslı işçi qüvvəsinin kəskin çatışmazlığına səbəb olub.
BAKU.WS xəbər verir ki, bu barədə "Wired" nəşri məlumat yayıb.
Bildirilib ki, ölkədə xüsusilə elektriklər, santexniklər, həmçinin isitmə və soyutma sistemləri üzrə mütəxəssislərə ciddi ehtiyac yaranıb. ABŞ Əmək Statistikası Bürosunun qiymətləndirməsinə əsasən, 2024–2034-cü illər ərzində hər il elektrik peşəsi üzrə təxminən 81 min nəfərlik kadr çatışmazlığı gözlənilir. Halbuki, bu dövrdə sahədə məşğulluğun 9 faiz artacağı proqnozlaşdırılır.
"McKinsey" şirkətinin araşdırmasına görə isə 2030-cu ilə qədər ölkəyə əlavə olaraq 130 min elektrik, 240 min tikinti işçisi və 150 min tikinti layihə rəhbəri lazım olacaq.
Tələbatın artımı əsasən süni intellekt üçün nəzərdə tutulan iri həcmli data mərkəzlərinin tikintisi ilə əlaqələndirilir. Həmkarlar ittifaqları bildirirlər ki, bəzi layihələr regionlardakı mövcud işçi qüvvəsindən bir neçə dəfə artıq mütəxəssis tələb edir. Sektor nümayəndələrinin sözlərinə görə, hazırda data mərkəzlərinin tikintisi digər tikinti sahələri ilə müqayisədə ən çox işçi qüvvəsi tələb edən istiqamətə çevrilib.
Ekspertlər kadr çatışmazlığının uzunmüddətli səbəblərini də vurğulayırlar. Bunlara təcrübəli mütəxəssislərin pensiyaya çıxması və gənclərin fəhlə peşələrinə marağının azalması daxildir. Eyni zamanda, yeni kadrların hazırlanması vaxt tələb edir, halbuki data mərkəzlərinin tikintisi qısa müddətdə və yüksək ixtisaslı işçi qüvvəsi ilə həyata keçirilməlidir.
Oxşar xəbərlər
Rusiya-Ukrayna arasında 157 hərbçinin iştirak etdiyi əsir mübadiləsi həyata keçirildi
Rusiya ilə Ukrayna arasında növbəti hərbi əsir mübadiləsi baş tutub. BAKU.WS xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, aparılan mübadilə nət...