ABŞ-də şirkət rəhbəri işçilərinə 1,5 milyon dollar paylayıb
"Five Guys" restoranlar şəbəkəsinin qurucusu Cerri Marrell əməkdaşlarına ümumilikdə 1,5 milyon dollar paylayıb.
BAKU.WS xəbər verir ki, bu barədə "Fortune" nəşri məlumat yayıb.
Fevral ayında şirkət 40 illik yubileyini qeyd edib və müştərilərə ikinci burgeri pulsuz təqdim edəcəyini açıqlayıb. Bu aksiya gözləniləndən 6 dəfə daha böyük effekt verib. Restoranların qarşısında uzun növbələr yaranıb, satışlar iki dəfədən çox artıb, məhsullar tez tükənib, personal isə həddindən artıq yüklənmə ilə üzləşib.
82 yaşlı Marrell bu vəziyyətə görə məsuliyyəti öz üzərinə götürüb. Onun səhvi səbəbindən əməkdaşlar üç nəfərlik iş görməli olublar. Komandaya təşəkkür və yaranmış çətinliyi kompensasiya etmək üçün milyarder 1,5 milyon dolları bonus kimi ayırıb.
O, qərarını zarafatla belə izah edib ki, yorğun əməkdaşların "qəzəbindən" ehtiyat edib:
"İlk gündən sonra kiminsə mənə arxadan atəş açmasını istəmirdim, çünki həqiqətən böyük səhv etmişdik. Heç kim belə böyük reaksiyanın olacağını düşünmürdü", – deyə Marrell bildirib.
Oxşar xəbərlər
Qalibaf: Hörmüz boğazı İranın nəzarəti altındadır
Hörmüz boğazı İranın nəzarəti altındadır. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmmədbaqer Qalibaf deyib. "ABŞ-nin minada...