ABŞ-də qızılca hallarında ciddi artım müşahidə olunur
ABŞ-də qızılca hallarında ciddi artım müşahidə olunur.
BAKU.WS xəbər verir ki, ABŞ-də qızılcaya yoluxma halları son 33 ilin ən yüksək səviyyəsinə çatıb. 2025-ci ilin əvvəlindən bəri 1277 təsdiqlənmiş yoluxma qeydə alınıb. Yoluxmalar 38 ştat və Vaşinqtonda aşkarlanıb. İndiyə qədər 3 nəfər ölüb, 155 nəfər isə xəstəxanaya yerləşdirilib.
ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin məlumatına görə, yoluxanların əksəriyyəti peyvənd olunmayan və ya peyvənd statusu məlum olmayan şəxslərdir. Ən çox yoluxma Texasda qeydə alınıb.
Qeyd edək ki, ABŞ-də qızılca 2000-ci ildə "eliminasiya edilmiş xəstəlik" elan edilsə də, yayılma bu templə davam edərsə, ölkə bu statusunu itirə bilər.
Epidemiya təkcə ABŞ-də deyil, Böyük Britaniya və Kanadada da yayılmaqdadır. Mütəxəssislər MMR peyvəndinin xəstəliyə qarşı ən təsirli müdafiə üsulu olduğunu vurğulayırlar.
Oxşar xəbərlər
Hörmüz boğazında gərginlik qlobal iqtisadi sabitliyə hansı təsirləri göstərə bilər?
Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Hörmüz boğazında gərginlik və enerji infrastrukturuna hücumlar qlobal iqtisadi sabitliyə han...