ABŞ-də qızılca epidemiyası yayılır: Xəstə sayı 1000-ə yaxınlaşır
Amerika Birləşmiş Ştatlarında (ABŞ) qızılca hallarında ciddi artım müşahidə olunur. Ölkənin Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) məlumatına görə, təsdiqlənmiş qızılca hallarının sayı 935-ə çatıb. Bu rəqəm 2024-cü ilin ümumi göstəricisindən üç dəfə çoxdur.
BAKU.WS xəbər verir ki, CDC-nin məlumatında qeyd olunur ki, yoluxmaların böyük hissəsi Texas ştatında qeydə alınıb. Artıq üç aydır davam edən epidemiyada təkcə bu ştatda 683 yoluxma aşkarlanıb. Yoluxmalar eyni zamanda Nyu Meksika, Oklahoma və Kanzas ştatlarına da yayılıb.
Aktiv epidemiyaların görüldüyü digər əyalətlər arasında isə İndiana, Miçiqan, Montana, Ohayo, Pensilvaniya və Tennessi də yer alır. Qeyd edək ki, "aktiv epidemiya" anlayışı üç və ya daha çox təsdiqlənmiş yoluxma halı ilə müəyyən edilir.
Səhiyyə mütəxəssisləri əhalini peyvəndlərə qarşı laqeyd yanaşmamağa çağırır və profilaktik tədbirlərin gücləndirilməsinin vacibliyini vurğulayırlar.
Oxşar xəbərlər
Müharibədə daha bir azərbaycanlı həlak oldu - Nəşi tapılmır
Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı vəfat edib. BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, Gəncə şəhər sakini 1984-cü il təvəllüdlü Xəyal M...